AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ

27-06-2023, 18:31           
AZAL bütün istiqamətlərə qiymətləri ENDİRDİ
“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir.

Endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

20% güzəşt çarter, kod-şerinq və Tel-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

AZAL dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və əmin-amanlıq, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini arzulayır.

Qurban bayramınız mübarək olsun!













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.