Bura mal tövləsi deyil, Göyçayın Qarabaqqal kənd bələdiyyəsinin binasıdır... FOTO

24-07-2023, 16:14           
Bura mal tövləsi deyil, Göyçayın Qarabaqqal kənd bələdiyyəsinin binasıdır...  FOTO
Azərbaycanda qulaq hər gün bir söz eşitməsə kar, görməsə kor olar. Bu dəfə Göyçayın Qarabaqqal kənd bələdiyyəsinin binasında inəklərin məskən salması çoxlarını təəccübləndirib.

“Yeni Gundem” sosial mediaya istinadla qeyd edir ki, əksəriyyət inəklərin bələdiyyə binasında yuva salmasından yazır. Çoxu da soruşur ki, bələdiyyənin sədri yoxdurmu? Ayda-ildə bir gün də olsun gəlib otağına baş çəkmirmi? Bəlkə də bələdiyyə sədri inək saxlayır, bələdiyyə binasını fermaya çevirib? Yəqin ki, Göyçaydakı mənzərənin “unikallığı” respublikada bələdiyyələrin ümumi vəziyyətini də ifadə etmiş olar. Yerli icra hakimiyyətinin saytında bələdiyyə sədri Nəbiyev Nəbi Xəlil oğlu göstərilir. Görəsən, Nəbini bələdiyyə binasından qaçaq salan nədir ki, arada gəlib yerində hansı canlıların olduğundan bixəbərdir?!Tribunainfo.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru