Bunu günahsız insanları şərləyərək, onlara saxta cinayət işi açanlar da görsün, dərk eləsin - REPLİKA

25-07-2023, 08:24           
Bunu günahsız insanları şərləyərək, onlara saxta cinayət işi açanlar da görsün, dərk eləsin - REPLİKA
Mən və mənim kimi yüzlərlə insanın həyatını darmadağın eləmişdi.
Vəzifə cinayətləri törədib günahsız insanların ömrünün bir neçə ilini alırdı.
Sonda özü o taleyi yaşadı. Əvvəlcə "həbs etməyəcəyik" deyə 12 milyon pulunu aldılar.
Sonra isə özünü damladılar.
Həbsxanada mələyə-mələyə Prezidentə palaz-palaz müraciətlər yazırdı.
Eynisini ATM rəisi olmuş general Elçin Quliyev də edib.
Bu gün Mövlam general rütbəsindən və bütün təltiflərindən məhrum edildi.
Bunu günahsız insanları şərləyərək, onlara saxta cinayət işi açanlar da görsün, dərk eləsin .
Bir gün onları da mələdəcəklər.
Peşman olacaqlar.
Həbsxanada Cəlilabadın bələdiyyə sədri vardı. Rüşvətə görə tutmuşdular. Xərçəng idi, azadlığa çıxıb evində ölməsinə də icazə verilmirdi.
Deyirdi ki, o qədər seçki saxtalaşdırmışam ki, bunu da nəzərə almırlar.
Yanıb-yaxılırdı...
Parviz Hashimli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru