Bu şəxslər istehsalatda bədbəxt hadisə və peşə xəstəliklər...

25-07-2023, 10:38           
Aşağıda göstərilən bu şəxslər istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nət-də peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar:
Hüquqi şəxslə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə Əmək Məcəlləsi və ya Mülki Məcəlləyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında əmək funksiyalarını yerinə yetirən şəxslər, dövlət orqanında çalışan dövlət qulluqçuları və dig. işçilər.
Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş və işləyən şəxslər;
Məcburi dövlət sosial sığortasına cəlb olunan seçkili ödənişli vəzifələrdə işləyənlər (AR Milli Məclisinin və Naxçıvan MR Ali Məclisinin deputatları istisna olmaqla);
İstehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər;
Müəssisələrdə və təşkilatlarda işə cəlb edilən hərbi qulluqçular;
Təbii fəlakətlərin qarşısının alınmasına və nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin yerinə yetirilməsinə cəlb edilən şəxslər;
Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
Azər Quliyev.
hüquqşunas
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru