Con Harkins işçilərin əmək haqqını ver.
26-07-2023, 00:06

CON Harkins işçilərin əmək haqqını ver. Onlar sənin,yaxud arxanda dayanmış yerli məmurun dədəsinə borclu deyillər.

ARƏM Maddə 178. 1. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir.
SOCAR prezidenti cənab Rövşən Nəcəf.
“Bahar Enerji” Əməliyyat Şirkəti (prezidenti Con Harkins,benefisiar sahibi "gizli") uzun illərdir ki,ölkənin əmək qanunvericiliyini mütamadi olaraq pozur və cəzasız qalıb. Şirkətin hətta Həmkarlar Təşkilatı da var (sədr Fərid İlyasov). O da ölkəmizdə mövcud olan həmkarlar təşkilatları kimi susur ! Susacaq da, Əvvəllər Con işçilərin əmək haqlarını ildə 5-6 dəfə(iki aydan bir) indi isə hayasızcasına hissə hissə verir. İşçi yazır:
-Bahar Enerji hələ də keçən ayın əmək haqqından 30% ni vermir .
Əmək haqqımızı kəsməkləri bir yana , həm də hissə hissə verirlər.
Birisi gün dənizə növbə dəyişməyə getməliyik. Bu halda biz nə ilə bazarlıq edək,evə nə çörək pulu qoyaq bilmirik! İyun ayının əmək haqqını 50%, sonra 20% aldıq. Təsəvvür edin İyun ayını 50%,20% aldıq və 30% qalıb.Qalanı nə vaxt veriləcək məlum deyil.
Artıq üç ildən artıqdır ki, Con ölkəmin Əmək Məcəlləsinin 172.5, 69.7 ,43. 3., 43.4,maddələrini pozub,çoxlu sayda sahə üzrə peşəkar işçini ixtisar edərək,əvəzində Şirvan şəhərindən Hacı Qurbana məxsus "İlkin"MMC-dən dəniz obyektlərində iş təcrübəsi olmayan işçilər gətirmiş(???), öz işçilərinə məcburi ərizə yazdırıb əmək haqlarını 20% aşağı saldırmış, bununla razılaşmayan işçinin Əmək Müqaviləsində birtərəfli dəyişikliklər edərək daha aşağı maaşlı işə keçirmiş, Əmək Müqavilərərində dəyişikliklər edərək, müvəqqəti müqavilə ilə əvəz etmiş, mütamadi olaraq əmək haqlarını gecikdirib ,hissə-hissə,az miqdarlarla ödəniş etmiş , əvvəllər işçilərə ödənilən gündəlik 5(beş) manat yemək pulunu kəsmiş,və s. Əmək haqlarının gecikdirilməsi isə mütamadi xarakterə çevrilib.
Bu haqda məlumatı olan #DövlətƏməkMüfəttişliyiXidməti ,#SOCAR rəhbərliy, SOCAR-n ƏŞ üzrə Müşahidə Şurası susur və düşünürəm ki, kimdənsə qorxurlar.
CON Harkins isə neftimizdən qazandığı milyonları həzm etməklə məşğuldur.Haramın olsun Con !!!!
Qeyd: “Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib.
Mirvari Gahramanli
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının rəhbəri
Teref.az