Mərkəzi Asiya və Cənubi Qafqaz bankları Rusiyanın pulköçürmə şirkəti ilə əməkdaşlığı dayandırır
26-07-2023, 11:08

Mərkəzi Asiya və Cənubi Qafqazda bir neçə bank Rusiya Unistream pulköçürmə şirkəti ilə əməkdaşlığı dayandırıb.
Bundan əvvəl iyulun 20-də ABŞ-ın Maliyyə Nazirliyi Unistream üzərinə sanksiyalar qoymuşdu.
Qazaxıstanın Kazpochta və Nurbank bankları iyulun 24-də bildiriblər ki, sanksiyalarla bağlı Unistream şirkəti ilə işbirliyi qeyri-müəyyən müddətdə dayandırılır.
AzadlıqRadiosu yazır ki, bu hadisə Rusiyadan Qazaxıstana, Qırğızıstana, Özbəkistana və Tacikistana, habelə Ermənistan və Gürcüstana Unistream vasitəsilə pul axınının kəskin artdığı vaxta təsadüf edir.
Yelena Sannikova polis şöbəsində saxlanan fəallar üçün kitab imzalayır, 25 dekabr, 2020-ci il
Yalnız dram və rubl
Özbəkistanın Xalq Bank, Kapital Bank və İpoteka bankları, habelə Qırğızıstanın Kompanyon Bank, Finca Bank, RSK Bank, Kapital Bank, Halyk Bank və Bank of Asia bankları da Unistream vasitəsilə köçürmələri dayandırdıqlarını bildiriblər.
Tacikistanın Oryonbank və Humo Bank bankları da Unistream şirkəti ilə əməkdaşlığı dayandırıblar.
Ermənistanın Ardşinbank və Converse Bank bankları da buna bənzər açıqlamalar veriblər, amma Evokabank və Armeconombank bildiriblər ki, Unistream vasitəsilə yalnız rubl və dram köçürmələrinə imkan verəcəklər.
Gürcüstanın Bank of Georgia və TBC bankları da Rusiya şirkəti ilə işbirliyini dayandırıblar.
İstanbulda rusiyalılar Oksimironun konsertinə bilet növbəsində
Kəskin artım
Unistream də “Contact” və “Zolotaya Korona” pul köçürmələri qurumları kimi Rusiya üzərinə beynəlxalq sanksiyalar qoyulandan bəri iri şirkətlərə çevriliblər.
Ötən il ərzində Rusiyadan təkcə Gürcüstana 2 milyard dollardan çox nəqd pul köçürülüb. Bu, 2021-ci illə müqayisədə 403 faiz artım deməkdir.
2022-ci ildə Rusiyadan Qazaxıstana 775 milyon dollar köçürülüb ki, bu da bir il əvvəllə müqayisədə 579 faiz çoxdur.
Ötən il 2021-ci illə müqayisədə Rusiyadan Ermənistana köçürülən pulun həcmində 306 faiz artım qeydə alınıb. Bu müddətdə Ermənistana 3.1 milyard dollar köçürülüb.
Rusiyanın Ukraynaya qarşı əsassız və səbəbsiz müharibəsi başlanandan bəri yüzminlərlə rusiyalı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə axışıb.