Cəmiyyətdə böyük ajiotaj: - Banklar bağlanarsa, evimiz və pulumuz necə olacaq?

27-07-2023, 00:01           
Cəmiyyətdə böyük ajiotaj: -
Son günlər ölkədə bəzi bankların bağlanacağı ilə bağlı fikirlər səslənir.

Hətta son günlər bu barədə sosial şəbəkələrdə vətəndaşlar məlumatlar yayır, eyni zamanda bağlanma təhlükəsi olan bankların da adını qeyd edirlər.

Xatırladaq ki, ölkədə lisenziyası ləğv edilən sonuncu bank “Günay Bank” olub. Bununla da ölkədə fəaliyyət göstərən bankların sayı 24-ə enib. Devalvasiyadan bir qədər öncə -2014 –cü ildə ölkədə 44 bank fəaliyyət göstərirdi və son 9 ildə 20 bank sıradan çıxıb.

Beləliklə, “Günay Bank”ın bağlanması əhalinin narahatlığını daha da artırıb.

Əhalini narahat edən məqamlardan biri də odur ki, banklar bağlanarsa, ipoteka kreditlərinin taleyi necə olacaq?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, bankların vəziyyətinin yaxşı olmaması ilə bağlı zaman-zaman fikirlər səslənir:

“Ancaq bu, əhalini narahat etməməlidir. Çünki bank bağlanarkən əhalini əmanət narahat etməlidir. Azərbaycanda 100 min manata qədər əmanət qorunan əmanətdir. Ona görə də bank bağlansa belə, Əmanətlərin Sığortalanması Fondu o əmanəti kompensasiya edir.

O ki qaldı kreditə, o da ipoteka ilə bağlı borcalanları narahat etməməlidir. Bank bağlanırsa, bankın verdiyi kredit şərtləri dəyişmir. Vətəndaş kredit hansı müddətə, hansı şərtlərlə götürürsə, o şərtlərlə də ödənişini davam etdirməlidir. Ola bilər ki, həmin bankın özünə, ola bilsin ki, bank o krediti digər fəaliyyətdə olan banka ötürər. Vətəndaş üçün fərqi yoxdur ki, hansı banka ödəniş edir”.

Ekspert bildirib ki, bankların bağlanması sahibkarlar üçün təhlükəlidir:

“Çünki hər bir sahibkarın bankda yalnız 20 min manata qədər olan vəsaiti sığortalıdır. Şirkətlərin isə ümumiyyətlə, sığortası yoxdur. Ona görə də onlar narahat olur. Çünki bir qayda olaraq bank bağlananda sahibkar və şirkətlərin pulu qayıtmır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.