Aylardır həll edilməyən problem bir neçə dəqiqəyə aradan qaldırıldı - VİDEO

27-07-2023, 11:57           
Aylardır həll edilməyən problem bir neçə dəqiqəyə aradan qaldırıldı - VİDEO
Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.

“Xəzər Xəbər”in məlumatına görə, sakinlər iddia edirlər ki, aşan ağacla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, onlara tutarlı cavab verən olmayıb. Aylar ötsə də, problem həllini tapmayıb.

İddiaya görə, sakinlərin müraciətinə “kəsməyə mişarımız yoxdur” kimi cavab verilib.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə irihəcmli olduğundan onun ərazidən uzaqlaşdırılması dərhal mümkün olmayıb:
“Çünki küləkli hava şəraiti ilə bağlı bu kimi hadisələr növbəli şəkildə aradan qaldırılır”.

Qeyd edək ki, bu gün əraziyə birliyin nümayəndəsi gəlib. Təxminən bir neçə dəqiqədən sonra şiddətli külək nəticəsində aşan çoxillik ağacın kötüyü ərazidən xüsusi texnika vasitəsi ilə uzaqlaşdırılıb.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru