Sumqayıtda binada mansardlar və zirzəmilər qanunsuz satılıb? - VİDEO
28-07-2023, 11:13
Sumqayıtın birinci mikrorayon ərazisində yerləşən, 340 sakinin yaşadığı binanın zirzəmilərinin və mansardlarının qanunsuz olaraq satıldığı iddia edilib.
Bina sakinləri idda edirlər ki, onlara verilən vədlərin heç biri yerinə yetirilməyib.
“2005-ci ildə bu kompleksdən ev almışam. Binanın həyətində yaşıllıq kompleksi, uşaqların əyləncəsi üçün istirhət zonaları, binanın alt hissəsində parkinq üçün ərazi olacağı deyilsə də, bunların heç biri yoxdur”, - deyə bina sakini qeyd edib. Daha ətraflı Baku TV-nin süjetində: