Ödənişli ixtisaslara qəbul olunmuş neçə nəfərin təhsil xərclərini dövlət ödəyir? - FOTO

28-07-2023, 18:22           
Ödənişli ixtisaslara qəbul olunmuş neçə nəfərin təhsil xərclərini dövlət ödəyir? - FOTO
Ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Elm və Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hazırda ödənişli ixtisaslara qəbul olunmuş ümumilikdə 2 465 nəfərin təhsil xərclərini dövlət qarşılayır.

Ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil) təhsil alan 1 863 tələbənin təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Orta ixtisas təhsili müəssisələrində ödənişli oxuyan 577, peşə təhsili müəssisələrində isə 25 tələbənin təhsil xərcləri dövlət hesabına təmin olunur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru