Məcburi köçkünlərin təhsil haqqı güzəşti ləvğ edilib? - RƏSMİ

29-07-2023, 10:05           
Məcburi köçkünlərin təhsil haqqı güzəşti ləvğ edilib? - RƏSMİ
Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra öz yurd-yuvasından didərgin salınmış vətəndaşların yenidən öz doğma torpaqlarına qayıdışı başladı.

“Böyük Qayıdış Dövlət Planı”na əsasən artıq yüzlərlə ailə işğaldan azad olunan rayonlarımıza köçürülüb, öz doğma torpaqlarında yaşamağa başlayıblar. Bildiyimiz kimi, qaçqın və məcburi köçkünlər bir sıra imtiyazlara malikdirlər.

Həmin imtiyazlar sırasında məcburi köçkün statusuna malik vətəndaşların ali təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən ödənilməsi də var. Ötən gün ölkə başçısının imzaladığı sərəncama əsasən yeni tədris ilindən müharibə veteranlarının təhsil haqqı da dövlət tərəfindən ödəniləcək.

Bu sərəncam, həmçinin, Böyük Qayıdış planı hazırda məcburi köçkünlərin təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məsələsini gündəmə gətirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşlıəri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, məcburi köçkünlər güzəşt imtiyazlarından hələ istifadə edirlər, onların imtiyazları dayandırılmayıb. Yəni onların təhsil haqqı hələ də dövlət tərəfindən ödənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru