MİDA-nın diqqətinə - Ekspert yazır

30-07-2023, 08:26           
MİDA-nın diqqətinə - Ekspert yazır
Bu gün baş tutan satışla bağlı yazışmalardan, bizə olan müraciətlərdən də aşağıdakı qənaətə gəlmək olar :
Bütün problemlər, anlaşılmazlıqlar və qeyri-müəyyənliklər məhz sistemdə bütün mərhələləri keçdikdən sonra, mənzilin seçimi prosesində baş verib.
Seçim edə bilməyənlərin əksəri bildirir ki, bütün mərhələləri keçib mənzil seçimi etmək istədikdə donmalar baş verib. Bu zaman sistem hər hansı mesaj verməyib iştirakçıya.
Yaxud da avtomatik yenilənmə baş verib.
İştirakçı yenidən prosesə başladıqda da seçim mümkün olmayıb.
Yəni, sistemdə məhz mənzilin seçimi mərhələsində xeyli anlaşılmazlıqlar olub.
Düşünürəm ki, bu mərhələnin ciddi araşdırılması, ağlabatan bir açıqlamanın verilməsi vacibdir.
Odur ki, MİDA tərəfindən bu istiqamətdə araşdırmanın aparılması, müstəqil peşəkar qurumların da iştirakı ilə sistemin auditi, daxil olan materialların tam araşdırılması və yekun nəticələrlə birlikdə bu məlumatın da açıqlanması doğru olardı.
Bir daha qeyd etmək istərdik ki, indiki halda mənzil seçimi edənlərin, seçim zamanı da göstərilməklə siyahılarının dərc edilməsi çox vacibdir.
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru