Deputat: Qiymət yüksək, keyfiyyət isə aşağıdır

31-07-2023, 15:34           
Deputat:
Hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bu ilin birinci yarısında turistlərin 84,2%-i Bakıda, 4%-i Qusarda, 3,6%-i Naftalanda, 3,4%-i Qəbələdə, 2%-i Qubada, 0,4%-i Gəncədə, 2,4%-i isə digər şəhər və rayonlardakı hotellərdə gecələyiblər. Bütövlükdə isə, ölkə üzrə hotellərdə gecələmələrin ümumi sayı 32,7% artaraq 1 363,2 minə çatıb. Turistlər üzrə isə gecələmələrin sayı 56,5% artaraq 788,1 min olub.

"Ölkə.Az" xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bölgələrimiz xarici tursit cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar: "Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır".

Millət vəkili nəticədə bölgələrimizin böyük turizm potensialından tam istifadə olunmadığını deyib: "Bu isə o deməkdir ki, bölgələrin turizm imkanlarının reinteqrasiyası üçün işlər sürətləndirilməlidir. Bölgələrdə turizm sektoruna daha çox sərmayənin cəlb edilməsi və rəqabətin gücləndirilməsi əsas hədəflərdən olmalıdır. Turizmin enerjidən sonra ölkəyə ən çox valyuta gətirən sektor olduğunu nəzərə alsaq, o zaman bu sahənin bölgələrin inkişafına, rayonlarda yeni iş yerlərinin yaradılmasına verəcəyi töhvəni təsəvvür etmək çətin olmaz".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.