Ayrılıqdan sonra qətiyyən keçmiş sevgilinizi izləməyin: Psxoloqdan MƏSLƏHƏT

31-07-2023, 16:44           
Ayrılıqdan sonra qətiyyən keçmiş sevgilinizi izləməyin: Psxoloqdan MƏSLƏHƏT
Psixoloq Marqarita Alekseeva ayrılıqdan sonra köhnə sevgililəri izləməyin yıxıcı bir vərdiş olduğunu deyib.

Lent.az xəbər verir ki, belə vəziyyət insanlara çox ağır psixoloji və dağıdıcı təsir göstərir.

Psixoloqun sözlərinə görə, bu hal həm də insanları yeni münasibətə başlamağa da mane olur.

O bildirib ki, əgər münasibət bitdikdən sonra qarşı tərəf izlənilir, araşdırılırsa, bu zaman beyin istənilən qarşılıqlı əlaqəni hekayənin davamı kimi qəbul edir və münasibətlərin bərpası üçün yalan ümid verir.

Məlumata görə, ayrıldıqdan sonra keçmiş sevgililərə marağın artması yeni insanlarla tanış olmağı çətinləşdirir.

Buna görə də psixoloq ayrılıq sonrası qətiyyən keçmiş sevgililəri araşdırmamağı, izləməməyi məsləhət görüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru