Nazirlikdə şübhəli tender: vergi borcu olan şirkət qalib elan olunub

31-07-2023, 17:23           
Nazirlikdə şübhəli tender:
Nazirlikdə şübhəli tender: vergi borcu olan şirkət qalib elan olunub

Elm və Təhsil Nazirliyinin "Dövlət təhsil müəssisələrində kargüzarlığın aparılması üçün sənəd blanklarının istehsalı ilə bağlı poliqrafiya işləri" ilə bsğlı elan etdiyi tender başa çatıb.

Məlumata görə, tenderin qalibi "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMC olub. Hər iki tərəf arasında 488.996,6 AZN-lik müqvilə imzalayıb.

Əldə etdiyimiz məlumata görə, qalib şirkətin dövlətə vergi borcu mövcuddur. Belə ki, hazırda "ÇAŞIOĞLU ELM-İSTEHSALAT" MMCnin vergi borcu 2413.59 AZN-dir.

Bildirək ki, nizamnamə kapitalı 3980 AZN olan “Çaşıoğlu Elm-İstehsalat” MMC-nin qanuni təmsilçisi Hüseynov Ülfət Hikmət oğludur.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir(32gun)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru