ÖLKƏDƏ HƏR 2 AVTOMOBİLDƏN BİRİNİN YAŞI 20 İLDƏN ARTIQDIR - Azərbaycanda 63 ədəd “Rolls Roys”, 327 ədəd “Bentley”...

31-07-2023, 20:07           
ÖLKƏDƏ HƏR 2 AVTOMOBİLDƏN BİRİNİN YAŞI 20 İLDƏN ARTIQDIR -
“Azərbaycanda mövcud olan 1.4 milyon ədəd minik avtomobilinin 45%-i (təxminən hər 2 avtomobildən birinin) yaşı 20 il və daha çoxdur”.

“AzPolitika.info” xəbər verir ki, bu bardə iqtisadçı ekspert Rövşən Ağayev ölkənin avtomobil parkının vəziyyətilə bağlı rəsmi statistikaya istinad edərək yazıb. Onun sözlərinə görə, avtobus parkının vəziyyəti daha pisdir - 63% avtobusun yaşı 20 və üzərindədir.

İqtisadçı əlavə edib ki, Azərbaycandakı bahalı maşın markaları ilə də bağlı ilk dəfə daha detallı məlumat açıqlanıb: “Ölkədə 63 ədəd “Rolls Roys” var. Avtomobil satışı saytlarına baxdım, hətta istismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymtinin 500 min - 1 milyon manat aralığında dəyişdiyi deyilir.

327 ədəd “Bentley” var. Son 10 və daha az yaşı olanların qiyməti 170 -500 min manat intervalında dəyişir. Bu marklardan 1 pillə aşağı sinifə aid olan “Lincoln” və “Alfa Romeo” kimi markalardan sayı 424 ədəddir - ilindən asılı olaraq bu markadan olan maşınlaırn sayı 50 -200 min intervalında dəyişir.

Bahalı markalar içərisində ən geniş yayılanı “Land Rover”dir: avtomobil parkında bu maşınlardan–8661 ədəddir. İstismar müddəti 10 il və daha az olanların qiyməti 100 -450 min manat arasında dəyişir”.

R.Ağayev hesab edir ki, bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90% riyazi dəqiqliklə informasiya verir. Onun sözlərinə görə, maşın parkının yaşı isə ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır.

“Əgər bir ölkədə hər 2 avtomobildən 1-nin yaşı 20 ildən çoxdursa, yoxsulların mütləq üstünlüyü barədə fikir söyləməyə imkan verir. Zatən ölkədə az qala hər 3 ailədən 1-nin minik maşını var, onların da yarısı artıq metalloma gedəsidir”, - iqtisadçı əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.