QHT rəhbəri::Ölkənin əmək qanunvericiliyinə hörmət edin...

1-08-2023, 09:54           
QHT rəhbəri::Ölkənin əmək qanunvericiliyinə hörmət edin...
Ölkənin əmək qanunvericiliyinə hörmət edin,cənab/xanım!
ARDNŞ dövlət müəssisəsidir və iş daimi xarakterə malikdir!
01.2023 -06 .2023 üzrə təşkilat ekspertlərinin " ölkənin hasilat sənayesində əmək qanunvericiliyinin icra vəziyyətinin monitorinqi " hesabatından:
SOCAR rəhbərliyi özündən əvvəlki sələflərinin düzgün olmayan, kadr siyasətini davam etdirir. Artıq uzun illərdir ki, ARDNŞ işçilərlə məcburi müvəqqəti Əmək müqaviləsi bağlayır.Bu da "arzuolunmaz" işçinin işdən azad olunmasında,işçiləri daima "müqavilə vaxtın bitir ha" hədəsi ilə təzyiq altında saxlanmasında mühüm rol oynayır.
ARƏM Maddə 45.4 , (Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır).
SOCAR və onun tərəfdaş olduğu Əməliyyat şirkətlərində işin daimi xarakterə malik olduğuna baxmayaraq işçilərlə müddətli əmək müqaviləsi bağlanılır. Azərbaycanın neft sənayesində ən böyük hüquq pozuntusu olan bu proses işçilərlə bağlanmış müddətli əmək müqaviləsinin 1, 2, 3, 6 ay və ən çoxu 1 il müddətinə bağlanması hələ də davam edir. Bunun nəticəsində hər yüzlərlə insan öz iş yerini itirir.Və bu məqsədyönlü bir siyasətdir.
Mirvari Gahramanli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.