Astardakı ata cinayəti ilə bağlı şok: Oğlu yox, qızı öldürüb - AÇIQLAMA
1-08-2023, 16:13

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Kürəş kəndində ölüm hadisəsi qeydə alınıb.
Belə ki, evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 1977-ci il təvəllüdlü Rəşad hadisə yerindən uzaqlaşıb.
Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
TEREF.AZ bildirir ki, məsələ ilə bağlı Astara rayon İcra Hakimiyyətinin Kürəş kəndinin daxil olduğu Siyaku kənd İƏD üzrə nümayəndəsi Xəlil Zahirov Cebhe.info-ya açıqlamasında Qubad Əliyevin oğlu yox, qızı tərəfindən öldürüldüyünü iddia edib. Onun sözlərinə görə, mərhumun qızı ruhi xəstədir və uzun müddətdir müalicə alır:
“Qızı saxlanıldı, qızı ruhi xəstədir. Xəstəxanada mütəmadi müalicə alır, aparırlar, atası götürüb gətirir. Kaş gətirməyəydi. Qızın dəqiq yaşını bilmirəm, anasının dediyinə görə, hadisə olan vaxt qız ata ilə evdə tək qalıb”.
O, oğlunun ailədən ayrı yaşadığını qeyd edib:
“Oğlu evlidir, onlarla birgə yaşamır, ayrı yaşayır. Polislər gələndə görüblər ki, oğlu meşədə odun doğrayır, elə bilib ki, buna görə onu saxlayırlar. Qız deyir ki, mən eləməmişəm, qardaşım edib. Qız psixi dispanserdə müalicə alıb. Neçə illərdir ordan qaçır gəlir, polis şöbəsinin, prokurorluğun da bundan xəbəri var, dəfələrlə onu biz axtarıb tapmışıq”.