· Naxçıvanın büdcə gəlirləri ötən ilin ilk 6 ayı ilə müqayisədə 16,4 faiz azalıb. Bu haqda Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, bu ilin yanvar-iyun aylarında Naxçıvan MR büdcəsinin gəlirləri 245,8 milyon manat təşkil edib. Həmin dövrdə büdcə xərcləri də 12,8 faiz azalaraq, 236,5 milyon manat olub. Gəlirlərin azalma səbəbi haqda məlumat verilmir.