“Dövlət satınalmaları haqqında” Qanun yenidən pozuldu -

2-08-2023, 00:14           
“Dövlət satınalmaları haqqında” Qanun yenidən pozuldu -
Salyan Suvarma Sistemləri İdarəsinin "AKKUŞA KANALINDA PK188+00 DA 2 qapılı səviyyə qaldırıcı qurğunun yenidən qurulmasının (H=5M, ENİ=2.10) layihə -smeta sənədlərinin hazırlanması işlərinin satınalma müqaviləsi" və "Uzunluğu 1.8km,150 ha əkin sahəsində xidmət göstərən Q nov kanalının əsaslı təmirinin və Uzunluğu 1.5km,220 ha əkin sahəsində xidmət göstərən MB-1-1-1-2 nov kanalının əsaslı təmirinin Layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalma müqaviləsi" ilə bağlı elan etdiyi iki tender başa çatıb.
32gun.az-ın məlumatına görə, hər iki tenderin qalibi AZDÖVLƏTSULAYİHƏ İNSTİTUTU olub. Tərəflər arasında tender müqavilələrinə görə 8 min 500 AZN və 18 min 500 AZN dəyərində müqavilələr imzalanıb.

Əldə etdiyimiz məlumata görə, tenderlərin qalibi olan AZDÖVLƏTSULAYİHƏ İNSTİTUTUnun hazırda dövlətə vergi borcu var. Qalibin vergi borcu 35 min 942 manat 34 qəpik təşkil edir.

Qeyd edək ki, “Azdövsutəslayihə” institutunun Direktoru Elbrus Paşayevdir.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru