Əlövsət Sadiq: "Ya Cəmilə düşən işi tən bölüb yarısını mənə verin, ya da ..."
3-08-2023, 09:57
Teref.az yazır ki, daha bir sosial şəbəkə fəalı, jurnalist, araşdırmaçı jurnalist Cəmil Məmmədlinin müdafiəsinə qalxdı. Sosial şəbəkə fəalı, jurnalist Əlövsət Sadiq öz feysbuk səhifəsində aşağıdakı statusu paylaşıb: Qeyd: Əlövsət bəydə, Cəmil Məmmədlidə uzun müddət bir biri ilə böyük mübahisələrdə olduqlarını qeyd edirlər! "Elovset Sadiq 10 ч. · Kim nə deyir desin, kim necə düşünür düşünsün...ancaq bir jurnalistin səsinin bu formada susdurulması Azərbaycanımız adına yaraşan hal deyil! Bəli, bəlkə də Cəmillə mənim qədər savaşan,söyüşən,kəllələşən 2-ci bir jurnalist olmayıb.Ancaq savaşın, mübarizə aparmanın da öz qaydaları var və Cəmil bu sahədə mərddir!.Tutalım düşməndir,ancaq düşmənin mərdi də əvəzsizdir.Yaltaq, ikiüzlə yarınandan kəsgin sözlü Cəmil daha məqbuldur! Ya Cəmilə düşən işi tən bölüb yarısını mənə verin, ya da dəymiyin ona ki, mərdanə savaşım onunla.Lütfən, Azərbaycanımız adına...Onsuzda üstümüzə gələnlər çoxdur.Bir mövzu da Cəmil olmasın! LÜTFƏNNNN"