“Şimal Region” Viləşçay SAİİ ilə bağlı xəbərə TƏKZİB verdi - VİDEO

4-08-2023, 12:50           
“Şimal Region” Viləşçay SAİİ ilə bağlı xəbərə TƏKZİB verdi - VİDEO
31 iyul 2023-cü il tarixində "Şimal Region" YouTube kanalında “Masallıda Zaur Mikayılovun kadrı balıq biznesinə girişib” başlıqlı xəbər yayımlanmışdı.

Asiya.az-ın məlumatına görə, xəbərdə Viləşçay Su Anbarından balıq təsərrüfatı məqsədilə istifadə edilməsi, ərazilərə vaxtında suyun verilmədiyinə dair şər-böhtan xarakterli xəbər yayımlanmışdı.

Bu gün “Şimal Region” YouTube kanalı sözügedən xəbərlə bağlı təkzib verib.

Viləşçay Su Anbarı İstismarı İdarəsindən verilən məlumatda bildirilir ki, xəbərdə səsləndirilən iddialar əsassızdır.

“Su anbarında heç bir balıq təsərrüfatından söz gedə bilməz. Bizim yetərincə su ehtiyatımız vardır və həmin su rayon ərazisində olan təsərrüfatlara fasiləsiz verilir. Video reportajda idarə və idarə rəhbərliyi haqqında səsləndirilən məlumatlar yanlışdır, heç bir əsası yoxdur” – deyə idarə rəsmisi qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru