Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb – Yeməkxana işini rəisin qardaşına həvalə edib

4-08-2023, 17:09           
Zaur Hüseynov bacısı oğlunu işdən çıxarıb –
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bacısı oğlunu yeməkxana müdiri vəzifəsindən uzaqlaşdırıb.

Etibarlı mənbədən Qaynarinfo-ya daxil olan məlumata görə, Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin təchizat şöbəsinin tabeçiliyində olan yeməkxana idarəçiliyini bacısı oğlu Fəridən alıb.

Fərid uzun müddət imiş Bilgəh qəsəbəsində yerləşən Sağlamlıq Mərkəzini, metropoliten depolarını və baş idarənin yeməkxanalarını idarə edib. Metro işçilərini yeməklə təmin edən şəxs olub. Fərid hazırda Zzaur Hüseynova məxsus olan “Yaşıl Məkan” restoranını idarə edir.

Sədr metropoliten işçilərinin yeməklə təminatı işini “Bakı Metropoliteni” təchizat şöbəsinin rəisi İlqar Qasımovun qardaşı Vüqar Qasımova həvalə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru