Ailəsini yaşatmaq üçün tullantı yığan qadının hekayəsi: "Çörəkpulumuza görə dözürük"
18-08-2023, 10:24
Zabrat sakini Gülnaz Əhmədova imkansızlığa görə hər səhər dəmir-plastmas yığmağa çıxır. O, bundan əldə etdiyi pulla yalnız minimal ehtiyaclarını qarşıladığını, amma dərman pulu, uşaqlarının məktəb ləvazimatlarını qarşılaya bilmədiyini deyir. Gülnaz Əhmədova sosial müavinətinə imtina gəldiyini deyir.