Tahir Kərimov vəhabi olması xəbərindən sərt danışdı - Açıqlama

2-07-2016, 21:05           

Bir neçə gündür bir sıra saytlarda, KİV-də Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tahir Kərimovla bağlı məlumatlar dərc olunur. Yazılan məlumatlarda sabiq icra başçısının vəhabilərə qoşulması, həmçinin oğlu Həmzə Kərimova qarşı cinayət işinin açılması haqda məlumat yayılıb.
Yayılan məlumatların doğruluğunu öyrənmək məqsədi ilə Bizimyol.info saytının əməkdaşı Tahir Kərimovla əlaqə saxlayıb. Sabiq icra başçısı saytımıza açıqlamasında barəsində yayılan məlumatların yalan olduğunu, vəhabilərlə heç bir əlaqəsinin olmadığını bildirib.

”Mən hər zaman cənab Prezidentin siyasətini dəstəkləmişəm. Vəhabilərə qarşı da, hələ icra başçısı olanda da mübarizə aparmışam. Ömründə elə bir şey ola bilməz ki, mən vəhabilərə qoşulam. Bu yazıları yazanlar sifarişlə yazırlar, müxalif saytlar yazır, qələt edib yazırlar. Mən Prezidentin etimad göstərdiyi adam olmuşam, məsləhət olub işimdən azad olunmuşam. Bu o demək deyil ki, mən əqidəmi dəyişmişəm. Hər zaman Prezidentimi, dövlətimin apardığı siyasəti dəstəkləyirəm. Oğlum Həmzə haqda da yazılanlar yalandır, böhtandır. Heç elə bir şey yoxdur, hər şey yaxşıdır”.
Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.