“Azpetrol” benzini az doldurur? - VİDEO

19-08-2023, 00:09           
“Azpetrol” benzini az doldurur? - VİDEO
“Azpetrol”a məxsus yanacaqdoldurma məntəqələrinin birində avtomobilə 3 litr əksik benzin vurulduğu bildirilir.

KONKRET.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri avtomobili ilə yanacaqdoldurma məntəqəsinə daxil olub, videoçəkiliş edib.

Belə ki, sürücü məntəqəyə daxil olmazdən öncə avtomobilin bort kompüteri 6 litr benzin olduğunu göstərir. Sürücü isə 20 litr benzin doldurur. Yanacaqdoldurma məntəqəsindəki monitorda 20 litr benzin vurulduğu göstərilsə də, sürücünün bort kompüteri 3 litr əksik vurulduğunu göstərib.

O, “Azpetrol”un vətəndaşları aldatdığını iddia edir.

Məsələni araşdırmaq üçün Pravda.az-ın əməkdaşı “Azpetrol LTD”nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arzu Ağayevə ilə əlaqə saxlayıb.

A.Ağayeva açıqlamasında belə deyib: “Həmin şəxs özü artıq bizə birbaşa müraciət etdi və cavabını da aldı…”

A.Ağayeva sürücüyə “Azpetrol” tərəfindən hansı cavab verildiyini açıqlamayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru