Ədliyyə kapitanı vətəndaşı döyüb - ŞİKAYƏT

3-07-2016, 14:15           
Ədliyyə kapitanı vətəndaşı döyüb - ŞİKAYƏT
Suraxanı rayon Məhkəməsinin icraçısı dövlət qanunlarını saymır.

Elvin Süleymanlı Tarverdi oğlu TİA.AZ-a müraciətində bildirib ki, iyunun 28-də məhkəməyə bank borcu ilə əlaqədar çağrılıb.

Onun sözlərinə görə, icra şöbəsində ədliyyə kapitanı Anar Qurbanovun qəbulunda olub: “Mənə 10 gün ərzində tam borcumu ödəməyi əmr etdi. Ona imkanım olmadığını deyəndə kriminal aləmdə tanışlarının olması ilə hədələdi.

Ona dövlət məmurun olduğunu xatırladanda ayağa qalxaraq mənə şillə və yumruq zərbələri endirdi. Sonra da nalayiq sözlərlə təhqir etdi və dedi ki “nə yolla olursa-olsun sənə borcu ödətdirəcəm”. Onun diqqətinə çatdırdım ki. bu məsələ haqda "yuxarılar"a yazacağam. Amma kobud danışığına yenə davam etdi”.

E.Süleymanlı bildirib ki, Daxili İşlər Nazirliyinin 102 Qaynar xəttinə zəng edib. Sabunçu rayon Polis İdarəsinin əməkdaşı gələrək məsələ ilə maraqlanıb. Daha sonra Sabunçu rayon Ekspertiza İdarəsində müayinədən keçib:
“Aldığım xəsarətlər haqda rəy oradadır. Mən dövlət başçısından, daxili işlər nazirindən, ədliyyə nazirindən və ölkənin birinci xanımından xahiş edirəm ki, ədliyyə məmurunun bu cinayət ilə bağlı müvafiq tapşırıqlar verilsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.