“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi- Ərindən boşanıb və… FOTO

19-08-2023, 12:30           
“Prava”sız maşın sürən deputatın qızının ölkədən getmə səbəbi bilindi-
Bir müddət öncə Millət vəkili Məşhur Məmmədovun oğlu Məmməd Şahbazovdan sonra qızı Mədinə Şahbazovanın da Amerikaya köçməsi gündəmə gəlmişdi.
AMİA.az-a deputatın yaxın ətrafından daxil olan məlumata görə, deputatın qızı boşandığı və eks-əri ilə aralarındakı problemə görə belə bir addım atılb. Mədinə xanım atası millət vəkili Məşhur Məmmədovun da həm məsləhəti, həm də maddi dəstəyi sayəsində Nyu -Yorkda yaşamağa başlayıb. Təbii ki, bu köç onu işsiz qoymayıb. Mədinə Şahbazova rəhbəri olduğu Masallı şəhər 1 saylı Uşaq bağçasının səlahiyyətlərini bacısı Məna Şahbazovaya yönləndirib.

Saytımıza verilən məlumatda iddia olunur ki, hazırda o qardaşı Məmməd Şahbazovun qurduğu şirkətlərdən birində rəhbər postdadır.

Bildirək ki, deputatın övladları babalarının (Məşhur Məmmədovun atası Şahbaz Məmmədovun) adını soyad olaraq qəbul ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru