Qazaxın İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi: bu dəfə 37 min AZN köçürüləcək

23-08-2023, 10:26           
Qazaxın İcra başçısı 1 manatlıq şirkəti yenidən qalib etdi:
İyul ayında Qazax rayon icra hakimiyyəti başçısı Rəcəb Babaşovun şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi nizamnamə kapitalı 1 AZn olan "LEADS GROUP SUPPLY" MMC-ni 36 min manatlıq (36.000,13 AZN) tenderdə qalib edib.

32gun.az-ın məlumatına görə, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi növbəti dəfə həmin şirkətlə tender müqaviləsi imzalayıb.

Yenə eyni səbəbdən imzalanan müqavilənin qiyməti bu dəfə 37.999,54 AZN-dir.

Bildirək ki, tenderin qalibi olan "LEADS GROUP SUPPLY" MMC-nin qanuni təmsilçisi Əli Vidadi oğlu Əhmədovdur.

Şirkətin nizamnamə kapitalə isə cəmi 1 AZN-dir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru