Kimlər "müharibəyə" qoşulmaq, özünü sınamaq istəmir ?

24-08-2023, 09:04           
Kimlər "müharibəyə" qoşulmaq, özünü sınamaq istəmir ?
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizliklə əlaqəli CIDC-2023 (Critical Infrastructure Defence Challange) tədbirlərini təşkil edəcək.
Tədbilər çərçivəsində "Kibermüharibə yarışı", kiberhəllər sərgisi, konfrans, “Hack The Future” proqramı üzrə təlimlər və s. təşkil olunacaq.
Kibermüharibə yarışı isə ölkədə ilk dəfə kiberhücumların simulyasiyası ilə keçiriləcək virtual müharibə yarışıdır.
Kritik infrastruktura daxil olan, daha böyük dövlət və özəl sektor üçün, onların İT komandaları üçün bu tədbirlər , bu platforma özünü slnamaq üçün, simulyasiya üçün, necə deyərlər, göydəndüşmədir, çox mühüm əhəmiyyət kəsb edir.
Amma?
Maraqlıdır ki, qeydiyyatdan keçənlərin siyahısında sahə üzrə, kritik infrastruktur üzrə vacib olan qurumların, nəhəng qurumların bir çoxu görsənmir.
Məsələn, görəsən nə üçün kritik infrastruktur üçün vacib hesab oluna biləcək aşağıdakı dövlət qurumlarının İT komandaları Kibermüharibə yarışına qatılmayıb :
XİN, DİN, DSX, Mədəniyyət Nazirliyi, ASAN, Müdafiə Sənayesi Nazirliyi, Gənclər və İdman Nazirliyi, AZAL, ADY, DİM, MİDA, Energetika Nazirliyi, ABB, böyük şirkətlər, İT ixtisaslı Universitetlər və s.
Mənə çox maraqlı gəldi bu cür etinasızlıq.
Görəsən bu qurumların rəhbərləri İT komandalarının bu tip çox əhəmiyyətli bir platformaya diqqətsizliyini necə izah edə bilərlər ?
Osman Gunduz
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru