Rəcəb Babaşov azyaşlı qızın evlənməsinə icazə verdiyi üçün işdən çıxardığı sabiq nümayəndəsinə vəzifə verib

24-08-2023, 11:54           
Rəcəb Babaşov azyaşlı qızın evlənməsinə icazə verdiyi üçün işdən çıxardığı sabiq nümayəndəsinə vəzifə verib
Qazax şəhər Kommunal Müəssisələri Kombinatına nebi rəis təyin edilib.

Teref.Az-ın əldə etdiyi məlumata görə, Qazax Rayon İcra Başçısı Rəcəb babaşovun əmri ilə kombinanatın rəhbər postuna Hüseynli Tahir Namiq oğlu gətirilib. Tahir Hüseynli artıq bir müddətdir bu vəzifəsini icra edir.

Xatırladaq ki, Hüseynli Tahir Namiq oğlu Daş Salahlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi olarkən 2022-ci ilin iyunun 18-də Qazax rayonunun Daş Salahlı kəndində yetkinlik yaşına çatmayan qıza toy mərasiminin keçirilməsinə icazə verdiyi iddiası ilə vəzifəsindən uzaqlaşdırılmışdı. Hətta bununla bağlı Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında da məlumat yayılıb.
Mənbə: 32gun.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru