Məktəb ləvazimatları neçəyədir? - Qiymətlər - SİYAHI

24-08-2023, 18:14           
Məktəb ləvazimatları neçəyədir? -
Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb.Bəs hazırda mağazalarda qiymətlər necədir?

Teref.az xəbər verir ki, paytaxtda yerləşən məktəb ləvazimatları satan mağazalardakı qiymətlər araşdırılıb. Qiymətlər ötən illə nisbətdə müxtəlif ləvazimatların qiymətlərində 10 qəpikdən 3 manata qədər bahalaşıb. Satıcılar bildiriblər ki, bahalaşma daşınma qiymətlərinin arması ilə bağlıdır. Valideynlər daha çox sentyabrın 1-dən sonra məktəb ləvazimatlarını almağa üstünlük verirlər, ancaq valdeynlərin indidən tədris ilinə hazırlıq görmələri məsləhət görülür. Çünki tədris ilinin başlamasına bir həftə qalmış, həm sıxlıq olur, həm də ləvazimatların cüzi də olsa qiymətləri bahalaşa bilər.

Beləliklə, əsas məktəb ləvazimatlarının qiymətləri aşağıdakı kimidir:

Çanta: 18-55 manat

Dəftər: 40 qəpik - 2,50 manat

Sadə karandaşlar: 10 qəpik -1,80 manat

Rəsm albomları: 1-5 manat

Dəftər-kitab üzlükləri: 20-50 qəpik

Sadə qələmlər: 20- qəpik, daha keyfiyyətliləri 1 manata qədər

Rəngli karandaşlar: 2-8 manat

Pozan: 30-50 qəpik

Qələmyonan: 15 qəpik - 1 manat 20 qəpik

Xətkeş: 30 qəpik -2,50 manat

Plastilin: 1- 4,50 manat

Quaş: 1-4 manat

Fırça: 30-50 qəpik

Pərgar dəsti: 1 - 3,6 manat (Trend)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru