Xətai rayonunda daha bir qanunsuz tikili: Səkini zəbt etdilər

25-08-2023, 10:54           
Xətai rayonunda daha bir qanunsuz tikili: Səkini zəbt etdilər
Paytaxtın Xətai rayonunda yaşıllıq zolağında obyekt tikilib.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.


Belə ki, rayonun Sabit Orucov küçəsində yaşıllıq zolağı və səki zəbt edilərək, obyekt tikilib.

Nəticədə plansız tikintilər həm piyadaları, həm də ağacları sıxışdırıb.

Məsələ barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanladıq.

Qurumun Ümumi İşlər və İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Kamilla Mahmudbəyova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq orada tikinti işləri dayandırılıb:

“Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən qeyd edilən ünvanda özbaşına tikinti dayandırılıb və hazırda müvafiq tədbirlər görülür”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nigar Rəfibəyli küçəsində (Fəvvarələr meydanı) şəhərsalma nəzarəti qaydasında monitorinq zamanı heç bir razılıq olmadan tikinti işlərinin aparıldığı obyekt müəyyən edilib və tikinti dayandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru