“Dörd aydır departamentin göstərişini yerinə yetirmirlər” - Vətəndaşlar “Azəriqaz”-ın bu idarəsindən narazıdırlar

25-08-2023, 11:04           
“Dörd aydır departamentin göstərişini yerinə yetirmirlər” - Vətəndaşlar “Azəriqaz”-ın bu idarəsindən narazıdırlar
“Binamızın qaz xətləri qəzalı vəziyyətdədir. Qaz xətlərinin yenilənməsi ilə bağlı göstəriş verilsə də, dörd aydır icra edilmir”.

Bu barədə Binəqədi rayonu M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi. Bina 4 ünvanında yaşayan bir qrup sakinin “AzPolitika.info”-ya ünvandığı şikayət məktubunda bildirilir.

Sakinlər qaz xətlərinin yenilənməsi ilə bağlı rəsmi qaydada müraciət etdiklərini deyirlər:“Bu barədə Bakı Regional Qaz İstismarı Departamentinə məktub ünvanlamışıq. Burada müraciətimizə baxılıb və bizə bildirilib ki, yaşayış binasının daxili ilə keçən dik boruların yerinin dəyişdirilməsi və qaz sayğaclarının təmir olunan qaz xətlərinin üzərinə köçürülməsi üçün “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsinə göstəriş verilib. Ancaq Təmir Tikinti İdarəsi dörd aydır Bakı Regional Qaz İstismarı Departamentinin verdiyi göstərişi yerinə yetrmir”.

Sakinlər “Azəriqaz” İB-nin Təmir Tikinti İdarəsinin bu məsələyə etinasız yanaşdığını və şikayətlərinə baxılmadığını bildirirlər:“İdarədən bizə bildirirlər ki, “məktub itib, yoxdur”. Bu barədə “104” və “185” “Qaynar xət”lərinə ünvanladığımız şikayətlərə isə baxılmır. Təəssüf ki, vətəndaşlara qarşı cox biabırçı bir munasibət var”.

Sakinlər məktubun sonunda “Azəriqaz” rəhbərliyindən məsələnin tez bir zamanda həll edilməsini, göstərişə məhəl qoymayan əməkdaşların isə cəzalandırılmasını xahiş edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.