Abşeron xəstəxanasının qarşısında uzun növbələr yaşanır - VİDEO

25-08-2023, 11:49           
Abşeron xəstəxanasının qarşısında uzun növbələr yaşanır - VİDEO
Abşeron Rayon Mərkəzi Xəstəxanasının qarşısında uzun növbələr yaşanır.

Vətəndaşlar bildirirlər ki, məktəb və bağçaya gedən övladlarına sağlamlıq haqqında arayış almaq üçün səhər saat 9-dan gələrək uzun müddət növbə gözləməli olurlar.

Bununla bağlı “Xəzər Xəbər”in qaynar xəttinə görüntü göndərilib.

Onlar sıxlığı bir sıra ərazilərin - Qobu, Mehdiabad, Ceyranbatan, Güzdək sakinlərinin də bura üz tutmaqları ilə əlaqələndirir.
Xezerxeber.az-ın məlumatına görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi sıxlığın yaranmasının səbəbini vətandaşların əksəriyyətinin günün birinci yarısında müraciət etməsi ilə əlaqələndirir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirildi ki, Elm və Təhsil Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş uşaqların, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, uşaqlar birinci sinfə qəbul olunduqda valideynin təqdim etdiyi sənədlər içərisində uşağın sağlamlığı haqqında tibbi arayış, forma 26-ı da mütləq şəkildə olmalıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru