.az milli domeninin 30 yaşı tamam olur
26-08-2023, 10:54

Bu gün .az milli domeninin 30 yaşı tamam olur
.az milli domen zonasının idarə olunması
25 avqust 1993-cü ildən başlayıb.
Milli domenimiz uzun və keşməkeşli bir inkişaf yolu keçib. Çoxlarının marağı olub bu sahədə.
Bir .az domeninin qeydiyyatının 500 $ olduğu vaxtı xatırlayıram.
Xatırlayıram ki, 2001-ci ildə .az domeninin qeydiyyatının beynəlxalq standartlara uyğunlaşdıtılması, qeydiyyatın 300$-dan endirilməsi ətrafında ilk dəfə internet ictimaiyyətinin müzakirələrini təşkil etmişdik. Arxivimdə bunlar indi də qalıb.
Milli domenin qeydiyyat prosesi uzun müddət beynəlxalq normalara cavab verməyib. Elə indi də milli domenin tənzimlənməsində ciddi problemlər var.
Mövcud qaydalar beynəlxalq normalara cavab vermir, kollegial tənzimləyici qurum formalaşmayıb.
Hazırda milli domenin idarə olunması vəziyyəti necədir?
Bu haqda dəfələrlə yazılıb. Milli domenin idarəetməsini həyata keçirən qurumun- .az domeninin milli inzibatçısının kim olması heç bir hüquqi sənəddə qeyd olunmayıb.
Yəni, milli inzibatçının tərifi verilib , amma kim olması naməlumdur.
Əslində bu, hamıya məlumdur, İntrans şirkətinin rəhbəri Faiq Fərmanov və Prezident Administrasiyasının bir sektor müdiri özləri bilən qaydada milli domeni idarə edirlər, qeydiyyatçılar yaradırlar, populyar milli domenləri xaricilərə hədsiz yüksək qiymətə satırlar və s.
Son anda özlərinin istədiyi kimi bir Qaydalar da təsdiqlədə biliblər.
Bir neçə il öncə, bir anda bu Qaydalarla milli domenin tənzimlənməsi səlahiyyətlərini RİNN-ə deyil, kollegial bir quruma deyil, sadəcə heç bir sənədlərdə adı keçməyən bir şəxsə verdilər və adını da qoydular milli inzibatçı.
Dünyanın heç bir yerində belə bir vəziyyətin olduğunu xatırlamıram.
Görəsən heç bir hüquqi sənəddə adı olmayan bir şəxs , yaxud qurum milli təhlükəsizliklə əlaqəli bir sahəni necə tənzimləyə bilir ?
Bu cür əhəmiyyətli dataların, reyestrlərin qorunması necə təşkil olunur?
Düşünürəm ki, bu sualların cavabını RİNN və DTX daha yaxşı biliər.
Fikrimcə, RİNN-nin yeni yaradılmış tənzimləyici qurumu, İKTA öz səlahiyyətləri çərçivəsində bu istiqamətdə beynəlxalq normalara uyğun, şəffaf, internet ictimaiyyətinin maraqlarına cavab verən bir mühit formalaşdırmalıdır.
Osman Gunduz
Teref.az