“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili

29-08-2023, 13:54           
“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
““Vergi Məcəlləsinə” dəyişiklik edilməli və əmanətlər üzrə diferensial vergi güzəşti tətbiq olunmalıdır. Təklif edirəm ki, qorunan əmanətlər vergidən azad olunsun. Bu halda, 100 min manatadək əmanətlər 10 faizlik gəlir vergisindən azad oluna bilər ki, bu da depozit yığımlarını stimullaşdıraraq daha da artırar”.

Sfera.az xəbər verir ki, bunu 2023-cü ilin iyul ayında əmanətlərin azalması faktını şərh edərkən millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib.

O qeyd edib ki, əmanətlərin həcmindəki dəyişiklik vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün diferensial vergi güzəştinin tətbiqinə zərurət yaradır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul ayları ərzində əhalinin banklardakı əmanətlərinin həcmində ikinci dəfə azalma qeydə alınıb. İlk azalma halı bu ilin fevral ayında baş vermişdi. Əhalinin banklarda olan əmanətlərinin azalması ötən ayda da qeydə alındı. Belə ki, avqustun ayının 1-ə olan məlumata görə, ümumi əmanətlərin həcmi əvvəlki ay ilə müqayisədə 43,3 milyon manat azalaraq 12 milyard 705 milyon manata düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru