Bakıda binanın zirzəmisində obyekt tikilir - VİDEO

30-08-2023, 10:43           
Bakıda binanın zirzəmisində obyekt tikilir - VİDEO
Bakıda doqquzmərtəbəli binanın zirzəmisində tikinti işləri aparılır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirlər ki, zirzəmidə iaşə obyekti tikilir.

Onların sözlərinə görə, hətta binanın sütununa da müdaxilə edilib.

Hadisə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon, Mirmahmud Kazımovski küçəsi 31 ünvanında baş verib.

Sakinlər hesab edirlər ki, əgər tikinti dayanadırılmasa, bina təhlükəli vəziyyətə düşə bilər.
Zirzəmidə tikinti apardığı iddia edilən Bəhmən adlı şəxs qeyd edib ki, aparılan işlərdən aidiyyəti qurumların məlumatı var.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin böyük məsləhətçisi, memar Ələsgər Rüstəmov bildirib ki, zirzəmidə görülən işlər dayandırılıb və məsələ nəzarətə götürülüb.

Daha ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru