Evlənmək istəyən 97 nəfərdə QİÇS tapılıb

5-07-2016, 17:34           

İyun ayında 12 min 959 nəfər nikaha girmək üçün tibbi müayinədən keçib.

Bunu AzVision.az-a B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O qeyd edib ki, həmin şəxslərdən 332 nəfərində talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 12 nəfərdə QİÇS aşkarlanıb.

“13 ay müddətində 152 min 659 nəfər nikaha girmək üçün müayinə olunub. Onlardan 7503 nəfərdə talassemiya daşıyıcılığı, 507 nəfərdə sifilis, 97 nəfərdə QİÇS aşkarlanıb. Eyni zamanda nikaha girmək istəyən 58 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb”.

Z.Əlimirzəyeva bildirib ki, talassemiya daşıyıcısı olan ailələrdə hamiləlik müşahidə edildiyi zaman onlar tibbi müayinədən keçirlər. “Bu günə qədər 20 cütlükdə hamiləlik müşahidə edildiyi üçün müraciət edib. Onlar 12-18 həftəliyində perinatal diaqnostikadan keçir və dölün talassemiya daşıyıcısı olub, olmadığı müəyyən edilir. Keçən ay daha bir hamiləlikdə döldə talassemiya daşıyıcılığı aşkar edildiyi üçün hamiləlik sonlandırılmışdı. Bu, nikaha girənlərin tibbi müayinəsi tətbiq ediləndən bəri ikinci haldır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru