`Misli` QUMARI indi də lağ obyektidir... - Görün, hara gəldik...

1-09-2023, 10:56           
`Misli` QUMARI indi də lağ obyektidir... -
Artıq hər kəz yaxşı bilir ki, bu gün ölkədə QUMAR rəsmi qurumların nəzarəti altındadır. Bu elə həm də o deməkdir ki, əsas qumarbazlar da elə "Azərlotoreya"nın "ruletkası"nı fırladanlardır. Necə fırladırlarsa, adı DÖVLƏTƏ yazılır, xeyrini bir qrup işbaz dələduz götürür. Hər halda, görünəni və aydın olanı budur.

DİA.AZ bildirir ki, "Azərlotoreya" oyunlarının əslində bir RƏSMİ QUMAR olduğu cəmiyyət tərəfindən də bilmərrə qəbul olunan faktdır. Bunu elə aşağıda təqdim edəcətyimiz bir müzakirədə də aydın şəkildə görmək olar.

Tanınmış jurnalist Zülfüqar Savaş sosial problemlərin kəskin artmasına diqqət çəkərək özünün "facebook" səhifəsində belə bir status paylaşıb: "Daha ölkədə nəyinsə düzələcəyindən əlimi üzmüşəm. Heç olmasa, misli.az-da kofisentləri artırın, dolanaq..."

Hər halda bu ironik ifadə tərzində əslində BÖYÜK BİR ETİRAZIN durduğu kifayət qədər qabarıqdır. Maraqlı orasıdır ki, artıq "Azərlotoreya" kimi dələduz şəbəkənin sosial problemlər içində boğulan zümrənin son ümid yeri olması faktı sakni rəsmiləşmiş kimidir...

Daha maaraqlısı isə Z.Savaşın statusuna verilən reaksiya ilə ortaya çıxır...

Zulfuqar Savaş:
"1 manat atıb, 1 manat 15 qəpik götürməkdən bezdim e))"

Tural Nabi:
"Zulfuqar Savaş, qara bazarda o,qədər qanunsuz sayt var 1 vur 1.2 olsun..)"

Zulfuqar Savaş:
"Tural Nabi, mən nümunəvi vətəndaşam. Dövlətim harda göstərsə, qumarimı orda oynayıram"

Tural Nabi:
"Zulfuqar Savaş, qumar deyil,dövlət deyir əyləncə oyundur)"

***
Hər halda, əlavə şərhə ehtiyac yoxdur. Xalq üçün əsl həqiqət gün kimi aydıdır. Adını necə qoymağından asılı olmayaraq qumardır ki, qumardır... Bizdə isə qanunlar QUMARI QADAĞAN EDİR...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.