Bu vergilərin qaytarılması şərtlərinə dəyişiklik edildi - Yeni qərar

1-09-2023, 12:12           
Bu vergilərin qaytarılması şərtlərinə dəyişiklik edildi - Yeni qərar
Azərbaycanda vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş ödəmələri vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il müddətində tələb edə bilər.

Publika.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarına dəyişikliklərin edilməsi ilə bağlı yeni qərar imzalayıb.

Daha əvvəl vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il müddətində tələb etmək hüququna malik idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru