"AA" seriyalı bahalı idman maşını kimindir - Sahibi tapıldı

6-07-2016, 10:44           
"AA" seriyalı bahalı idman maşını kimindir - Sahibi tapıldı
Dünən Azinforum.az “AA” seriyalı qiymətli idman avtomobilinin fotosunu təqdim etmişdi. Bizim başlıca təəccübümüzə həmin avtomobilə məxsus dövlət nömrə nişanının seriyası səbəb olub. Çünki bildiyimiz qədərilə “AA” seriyası əsasən xidməti avtomobillərə verilir. Fotosunu təqdim etdiyimiz, qiyməti 100 mindən baha olan “Chevrolet Corvette” isə xidməti avtomobil parametrlərinə qətiyyən uyğun gəlmir.
Məlum yazının dərcindən sonra, saytımızın elektron poçtuna bu mövzuyla bağlı bəzi məlumatlar göndərilib. Apardığımız araşdırmadan sonra məlum olub ki, 60 AA 050 nömrəsilə olan bahalı idman avtomobilini idarə edən şəxsin adı Kamaldı. Onun əslən Tovuz rayonundan olan bir biznesmenin oğlu olduğu bildirilir. Kamal adlı gənc bahalı avtomobilini nömrə qarışıq sosial şəbəkəlrdə də reklam etməkdən xüsusi zövq alır. Söhbət etdiyimiz bəzi ekspertlər bildirir ki, həmin nömrəni hansısa şirkətin adına da rəsmiləşdirilə bilərlər. Amma istənilən halda, deyilən avtomobilin göstəricilərinə uyğun gəlməyən “AA” seriyası xüsusi imtiyazın nümayiş cəhdi kimi görsənir.teref.az mövzuya aild fotonu təqdim edir. Mövzuda adı çəkilən şəxsin də mövqeyini dinləməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru