"Namazın eyni vaxtda qılınması, azanın eyni vaxtda verilməsi bizim üçün çox vacibdir" - Allahşükür Paşazadə

6-07-2016, 10:57           
"Namazın eyni vaxtda qılınması, azanın eyni vaxtda verilməsi bizim üçün çox vacibdir" - Allahşükür Paşazadə
"Azərbaycanda şiə və sünni məzhəbinin nümayəndələri bəzən bayramı müxtəlif günlərdə qeyd edirdilər. Bu gün isə hər iki məzhəbin nümayəndələri birlikdə bayram namazı qılıblar".

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib.

Onun sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur: "İlk dəfə olaraq rəsədxananın müəyyən etdiyi vaxta uyğun olaraq bütün məscidlərdə eyni vaxtda namaz qıldıq. Bu da bizim vəhdətimizi göstərir. Dünyanın heç yerində bu cür vəhdət yoxdur. Bu da bizim tolerantlığımızı göstərir. Bizim böyük düşmənimiz, Qarabağ boyda dərdimiz var. Tezliklə torpaqlarımızın işğaldan azad olunmasını Allah bizə nəsib etsin. Namazların eyni vaxtda qılınması və azanın eyni vaxtda verilməsi bizim üçün çox mühümdür. Bizdə vəhdət var və bəzi qüvvələr buna mane olmaq istəyir. Lakin heç kim bu vəhdəti qıra bilməz. Bunu istəyən Allahdır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru