NASA alimlərin araşdırmalarına görə, bu yaz ötən illərə nisbətən daha isti keçəcək.
Atv.az dünya mətbuatına istinadən xəbər verir ki, NASA alimi Gevin Şmidt 1800-cü ildən bu yana ən isti yaz mövsümünün bu ilə təsadüf etməsi barədə məlumat verib.
Alimlər anomal hava şəraitini atmosferin həddən-ziyadə zəhərli qazlarla çirklənməsi və El Nino hava kütləsi ilə əlaqələndirirlər.