Kim harda istəyir, orada da saxlayır - Bazarın qarşısında "bazar" - VİDEO

8-07-2016, 12:55           
Kim harda istəyir, orada da saxlayır - Bazarın qarşısında "bazar" - VİDEO
Ərazidə müasir 5 mərtəbəli avtodayanacaq olmasına baxmayaraq, kim, harada və necə gəldi maşını saxlayıb gedir. Söhbət paytaxtın Nizami rayonu məşhur 8-ci kilometr bazarının qarşısından gedir. Yolun hərəkət hissəsində avtomobili saxlayan sürücülər sözün əsl mənasında ərazidə bazar açırlar. Biri avtomobili yolun hərəkət hissəsində saxlayıb yük boşaldır, digəri isə sərnişin düşürür. İstirahət günü olsa da burda avtomobillə normal hərəkət belə mümkün deyil. Bazara gələnlər avtomobili yolun hərəkət hissəsində saxlayır. Sürücülərin sözlərinə görə, şənbə və bazar günləri ərazidə vəziyyət daha da acnacaqlı olur. Yolun hər iki tərəfində avtomobili necə gəldi saxlayanlara görə yoldakı 4 zolağın cəmi biri açıq olur. Baxmayaraq ki, bir müddət əvvəl həmin bazarın qarşısında 5 mərtəbəli dayanacaq inşa edilib. Görünən odur ki, qiyməti münasib olsa da sürücülər güvənli dayanacaqda avtomobili saxlamaq istəmirlər.
Sıxlığa səbəb olan sürücülər iradlarla razılaşmırlar. Onlar əlacsız qalıb saxladıqlarını deyirlər. Əraziyə gələn yol polislərini görən sürücülər qaydalara müvəqqəti əməl etdilər. Yol polisi ərazidən uzaqlaşan kimi yenə də eyni mənzərə yarandı.
Bakı Şəhər Dövlət Yol Polis İdrəsinin bölmə rəisi Vaqif Əsədov isə deyir ki, təkcə ötən həftə 8-ci kilometr bazarının qarşısındakı yolda dayanma durmanı kobud pozan 400 sürücüyə protokol tərtib edilib, 100-ə yaxın avtomobil isə cərimə meydançasına aparılıb. 10-a yaxın yol polisi gün boyu ərazidə xidmət aparır.
[media=https://www.youtube.com/watch?v=iYGqSCBJRow]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.