Bakının məşhur supermarketində biabırçılıq – FOTO

8-07-2016, 22:26           
Bakının məşhur supermarketində biabırçılıq – FOTO
“Bizim market” mağazalar şəbəkəsində növbəti biabırçı hal yaşanıb.
teref.az baku.ws-ə istinadən bildirir ki, alıcılardan biri sosial şəbəkədə “Atena” firmasının məhsulu olan yağın fotosunu paylaşıb. Fotoda son istifadə tarixinə bir ay qalmağına baxmayaraq yağ xarab çıxıb:
“Bu gün gedib “Bizim market”dən yağ almışam. Yağın son istifadə tarixi avqust göstərilsə də, xarab olub. Mən anlamıram, bunlar insanları axmaq hesab edir? Xarab məhsulu niyə satışa buraxırlar?”
Qeyd edək ki, “Bizim market”lə bağlı belə hallar bir neçə dəfə baş verib. Bundan əvvəl bir alıcının da sözügedən marketdən aldığı peraşki xarab çıxıb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru