5 ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI

9-07-2016, 13:07           
5 ölkə Ermənistana qarşı birləşdi - LAVAŞ İDDİASI
Ermənistanın lavaşı “Ermənistanda lavaş” adı altında UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına saldırmasına Azərbaycan və daha 4 ölkə etiraz edib.



APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Azərbaycan, Türkiyə, İran, Qırğızıstan və Qazaxıstan lavaşla bağlı birlikdə sənəd hazırlayaraq, UNESCO-ya təqdim edib.



UNESCO-nun beş ölkənin hazırladığı “İncə Çörək Bişirmə və Paylaşma Mədəniyyəti: Lavaş, Katırma, Jupka, Yufka” adlı sənədlə əlaqədar qərar verəcəyi tarix də məlum olub. UNESCO 28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyada keçiriləcək Mədəni Miras 11-ci Hökumətlərarası Komitə Toplantısında məsələni müzakirəyə çıxararaq yekun qərar verəcək.



Qeyd edək ki, bu, Ermənistanın lavaşla bağlı təşəbbüsünə ilk etiraz deyil. Ermənistan ilk dəfə UNESCO-ya lavaşın “Ermənistan çörəyi lavaş” adı altında Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması təşəbbüsü ilə çıxış edib. Türkiyə və Azərbaycanın etirazlarından sonra Ermənistan sənədin adını “Ermənistanda lavaş” olaraq dəyişdirib. Azərbaycan və digər 4 ölkənin hazırladığı birgə sənəddə isə lavaşın bu coğrafiyada yaşayan xalqların ortaq mədəni irsi olduğu vurğulanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru