Şəhidin məzar daşı bu gün qoyulacaq – İcra başçısı söz verib

12-07-2016, 13:12           
Şəhidin məzar daşı bu gün qoyulacaq – İcra başçısı söz verib
Aprel döyüşlərində şəhid olan Elvin Mirzəyevin qəbrinin üstü bu gün qoyulacaq.

Bunu AzNews.az-a açıqlamasında şəhidin qardaşı Namiq Mirzəyev bildirib.

O qeyd edib ki, E.Mirzəyevin qəbrinin üstünün düzəldilməsini Xaçmaz Rayon İcra Hakimiyyəti öz üzərinə götürüb: “Dünən icra hakimiyyəti bizim ailəni qəbul edib Elvin Mirzəyevin təltif olunduğu medalı ailə üzvlərinə təqdim etdi. Orada bütün ailə üzvləri iştirak etdi. Dünən yüksək səviyyədə bir görüş keçirildi. İcra başçısı bildirdi ki, qəbrin üstü bu gün qoyulacaq”.

Bəs, Xaçmaz rayonundan olan digər şəhid Elvin Qayıbovun məzarının üstünün nə vaxt göyulmasına gəlincə N.Mirzəyev bundan məlumatsız olduğunu dedi: “Yəqin ki, bunu onların ailələri daha dəqiq bilər”.

Qeyd edək ki, aprel döyüşlərində həlak olan Xaçmaz rayon sakinləri Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbir daşları bu günə kimi qoyulmayıb. Bu isə mətbuatda ciddi müzakirə mövzusuna çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru