Xırdalan sakinləri saatlarla avtobus gözləyirlər: İnterval problemi niyə həll olunmur? - VİDEO

4-10-2023, 12:07           
Xırdalan sakinləri saatlarla avtobus gözləyirlər:
Abşerondan Bakıya və əks istiqamətdə hərəkət edən 135 və 119 saylı marşrut avtobusların sayının az, intervallarının isə böyük olması sərnişinlərin mənzil başına vaxtında çatmasında çətinliklər yaradır.

Xezerxeber.az-ın məlumatına görə, hər gün sözügedən marşrut avtobuslardan istifadə edən sərnişinlər bildirirlər ki, bu vəziyyət uzun müddətdir davam edir.

Sürücülər isə deyilənlərlə razılaşmırlar.

Məsələ ilə bağlı 135 və 119 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların aid olduğu “Xaliq Faiqoğlu” şirkətinin mətbuat katibi Nizam Rzayev bildirib ki, Bakı-Sumqayıt yolunda və Xırdalan şəhərinin mərkəzi prospektlərində hər gün müşahidə edilən sıxlıq, tıxac avtobusların intervalına mənfi təsir göstərir:
“Bu yollarda avtobus zolağının çəkilməsinə böyük zərurət var. Həmçinin Xırdalan şəhərində 1 manata taksi fəaliyyəti göstərən nəqliyyat vasitələri avtobusların hərəkətinə mane olur, dayanacaqlara yaxınlaşmasına imkan vermirlər. Bütün bu məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib”.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru