Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Hərbi Xidmət Haqqında Qanuna" bir sıra dəyişikliklər təklif edib.
5-10-2023, 09:54
Antiterror əməliyyatının ardınca onu canı və qanı bahasına həyata keçirən hərbçilərimizin "mükafatlandırılma"-sına artıq start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Hərbi Xidmət Haqqında Qanuna" bir sıra dəyişikliklər təklif edib. Təklif olunan dəyişikliklər arasında hərbi xidmətdən pensiyaya çıxmaq yaşının 48-dən 53-ə, xidmət müddətinin isə 20 ildən 25 ilə artırılması nəzərdə tutulur. Üzr istəyirəm, "artırılması" yox, "dəyişdirilməsi". Maliyyə Nazirliyi də təklifləri dəstəkləyib. Ərəstun Oruclu Teref.az